Günün qoroskopu: Yaşam aktivliyiniz aşağı səviyyədədir.


Digərləri 07 Apr 2019 00:01:00 231 0

Günün qoroskopu: Yaşam aktivliyiniz aşağı səviyyədədir.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - bu gün baş verəcək hadisələrə real baxın. Əsassız nikbinliyə, qüvvənizin gerçək səviyyədən artıq dəyərləndirilməsinə və xam xəyallara qapılmayın. Əfsuslar olsun ki, belə darvanışınız yaxşı heç bir nəticə verməyəcək.

İzafi xərclər etməyin, alış-verişdə diqqətli olun.

Qiymətli əşyanızı itirə bilərsiniz.

Onsuz da əməl etməyəcəyiniz vədlər verməyin.

Bütün bunlara rəğmən, mənfi təmayüllərin öhdəsindən gəlmək olar. Gördüyünüz hər işi sona çatdırın, nöqsanlara yol verməyin. Hətta ən ciddi xətaların yaşanmasına şərait yaratmayın.

Ətrafınızdakı insanların qarşısında qoyduğunuz tələblərini özünüzə tətbiq etsəniz, hər şey alınacaq.

Axşam saatlarında ailə üzvləri və yaxın qohumlarla səmimi, gülərüz olun.

Kənardakı problemləri evə daşımayın.

Buğa - yaxın ətrafınızdakı insanlarla dil tapmaq üçün bu gün çalışmalı, səy göstərməli olacaqsınız. Sizi düzgün anlamır, layiq olduğundan az dəyər verir, hətta arabir inanmırlar da. Yaxınlarınız və dostlarınız sizə ifrat tələbkar insanlar təsiri bağışlayır. Onların sizdən nə gözlədiklərini anlaya bilməycəksiniz.

İş yerində, təhsil müəssisəsində və evdəki mübahisələr sizə yaxşı təsir etməyəcək, əhvalınızı korlayacaq.

Planlaşdırılmamış heç nə almayın. Yox, əgər pul xərcləmək istəyirsinizsə - əyləncəyə sərf edin.

Günün ikinci yarısı yaradıcı potensialla bağlı olacaq. Yeni ideyalarınız yarana bilər.

Əkizlər - bu gün enerjili və fəal olacaq, mümkün qədər çox iş görməyə çalışacaqsınız. Aktiv olsanız, niyyətləriniz reallaşacaq.

Yaxın dostlar və qohumların problemlərinin həllində iştirak etməyə çalışacaqsınız. Amma əsla tanımadığınız insanların işlərinə qarışmayın.

Bədxahlarınız və fırıldaqçılar bu gün sizdən sui-istifadə etməyə çalışmayacaqlar.

Ailə üzvləriniz sizə yardım etməyə çalışacaq, dəstək olacaqlar.

Yaxınlarınızla fikir ayrılıqları keçmişdə qalacaq. Ümumi problemlər sizi birləşdirəck.

Xərçəng - bu gün önəmli irəliləyiş və ya ciddi uğur olmasa da, sizin üçün əlverişli keçəcək. Əhvalınız yaxşı olacaq, enerji və nikbinlik çatışmazlığından şikayətlənməyəcəksiniz.

Yeni, hətta çətin problemləri həll edə bilərisniz

Əks cinsin mənsubları sizinlə maraqlanacaqlar.

Günün ikinci yarısında mühüm müzakirə, danışıqlar və ya tapşırıqlar ola bilər. Çoxdankı dostunuzdan maraqlı təklif ala bilərsiniz.

Münasibətlərinizin sərin olduğu insanla tərəfdaşlığın bərpası üçün əlverişli gündür.

Şir - bu gün xeyli çoxlu və fərqli maraqlı hadisələr baş verə bilər. Yeni imkanlarla qarşılaşacaqsınız. Onlardan yararlanın. Ən başlıcası isə budur ki, ənənəvi üsullardan imtina edərək eksperimentlərə başlamağa cəsarət tapın.

Yeni ideyalarınız nə qədər çox olarsa, sizə yardım etmək istəyən yeni insanlarla tanış olacaqsınız.

Seminarlar, mühazirələr, ixtisasartırma kursları, dövlət idarələrində və qurumarında problemlərin həll olunması üçün yararlı gündür.

Vaxtınızı səmərəli keçirməklə yanaşı, yeni əlaqələr yaradın.

İşgüzar səfər mümkündür.

Axşam saatlarında istirahət edin, sosial şəbəkələrdə vaxt keçirməyin.

Qız - bu gün əzmli, indkar, qarşısına qoyduğu məqsədə çatmağa çalışan insan olun. Məhz qətiyyətiniz, əzminiz sayəsində keçilməz sandığınız səddi keçəcək, həllini mümknsüz saydığınız problemi həll edəcəksiniz.

Yaxın ətrafınızdakı insanlar temp və iş intensivliyinizə çatmaq istəsələr də, onlar üçün çətin olacaq. Çünki iş ritiminiz çox yüksəkdir.

Əgər səbrli olsanız və mükafatın dərhal əldə olunmadığı fikri ilə barışsanız, onda gələcək uğurlarınızın əsasını qoya bilərsiniz.

Gün uzunmüddətli planlaşdırma, anlaşmaların əldə olunması, yeni perspektivlər üçün əlverişlidir.

Yeni, gözləmədiyiniz imkanlar yarana bilər.

Şəxsi həyatınızda önəmli qərarlar qəbul edə bilərsiniz.