Ruzi, insanın çalışmağına bağlıdır yoxsa qədərinə?


Digərləri 06 Apr 2019 23:50:00 182 0

Ruzi, insanın çalışmağına bağlıdır yoxsa qədərinə?

İmtahan dünyasında insanlar əlbəttə müxtəlif sınaqlara çəkilir: Bəzisi, var-dövlətlə ya da aclıqla, bəzisi, sağlıqla ya da xəstəliklə, bəzisi gözəllik ya da çirkinliklə. Əsas olan bu sınaqdan səbrlə, sədaqətlə çıxmaqdır.

Allah Təala, bu barədə belə buyurmaqdadır:

"Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver." (Bəqərə, 2/155.)