Bakıda bu yeniyetmə qız nəyin qurbanı oldu?


Digərləri 06 Apr 2019 23:59:00 254 0

Bakıda bu yeniyetmə qız nəyin qurbanı oldu?

Bakıdakı 162 saylı məktəbdə 8-ci sinif şagirdinin özünü 3-cü mərtəbədən atması nəticəsində dünyasını dəyişməsi ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Son.az axar.az-a istinadən bildirir ki, ictimai müzakirələrə qoşulan fəal Bəxtiyar Hacıyev bu intiharın həm ailələr, həm cəmiyyət, həm dövlət, xüsusi ilə də Təhsil Nazirliyi üçün həyəcan təbili olmasının vacibliyini önə çəkib.

O bildirib ki, dünyanın hər yerində məktəblərdə uşaqların bir-birinə, yaxud əksər uşaqların bir məktəbliyə sataşması, ələ salması (bullying) əleyhinə sistemli iş aparılır:

"Dövlət səviyyəsində misal: 2011-ci ildə ABŞ prezidenti və birinci xanımı Obamalar uşaqların məktəbdə sataşmalarının qarşısını almaq üçün video müraciət imzalamışdılar.

Sataşqan uşağı olan ata öz oğlunu soyuqda məktəbə qədər 1 km qaçmağa məcbur edir. Çünki uşağa bu davranışına görə məktəb avtobusuna minməyə icazə vermirlər. Ata bunu videoya çəkir və paylaşır. Başqa bir videoda ata eyni səbəbdən öz qızını 8 km soyuqda yeriməyə məcbur edir. Çünki qızı başqa məktəbliyə sataşırmış".

Bu nümunələri videoları təqdim etməklə göstərən B.Hacıyev qeyd edib ki, Azərbaycanda bu gün intihar edən qızın durumunda olan çox məktəblilər var: