Xums nədir?


Digərləri 06 Apr 2019 23:40:00 249 0

Xums nədir?

"Xəmsun" ərəbcə beş, "Xums" isə 1/5 deməkdir.

Xums kəliməsi, Qurani Kərimdə savaşda əldə edilən qənimət mallarının 1/5-inin paylanılmasını göstərmək üçün  ifadə edilmişdir. Bunu aşağıdakı ayədən də başa düşürük:

وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ إِنْ كُنْتُمْ آمَنْتُمْ بِاللَّهِ وَمَا أَنْزَلْنَا عَلَىٰ عَبْدِنَا يَوْمَ الْفُرْقَانِ يَوْمَ الْتَقَى الْجَمْعَانِ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

"Əgər siz Allaha və qulumuza nazil etdiyimizə iman gətirmisinizsə, haqla batilin ayırd edildiyi gün (savaş zamanı) bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdə biri Allaha, Onun Elçisinə, onun əqrəbasına, yetimlərə, kasıblara və yolçulara məxsusdur. Allah hər şeyə qadirdir. (Ənfal, 8/41)

Son.az muselmanlar.com-a istinadən bildirir ki, bu ayə bizə Xumsun yəni qənimət mallarının 1/5-ni necə və kimə böləcəyimizi açıq-aşkar göstərməkdədir. Bunlar: 1.Allah, 2. Onun Elçisi, 3. Əqrəbası, 4. Yetimlər, 5. Kasıblar, 6. Yolçular.

Surəni oxuyanın burada qəsd edilən qənimətlərin savaş qənimətləri olduğunda heçbir şübhəsi qalmaz.

Fəqət bu açıq-aşkar ayəni gözardı edib, dini öz mənfəətlərinə alət edənlər, ayədəki qənimət bölgüsünü təkcə savaş zamanına deyil, bütün hallara aid edərək, qazanılan malların hər birinin 1/5-nin verilməsi hökmünü çıxarmaqdadırlar. Bu iddianın sahibləri Şiə məzhəbinin din xadimləridir.

Şiə din xadimlərinə görə xums, təkcə ayədə ifadə edilən savaş qənimətlərində deyil, digər mallarda da vardır. Əlavə edilən bu mallar aşağıdakılardır:

Qazanc Mədənlər Xəzinələr Dəniz mücəvhərləri Haram qatılmış halal mallar. Qeyri-müsəlmanın müsəlmandan aldığı mallar. Yəni, bu əlavə sadalananan malların da xumsu 1/5-i paylanılmasına fətva vermişlər. Kimə paylanmalıdır? Ayədə ifadə edilən şəxslərəmi? Şiə din xadimlərinə görə, Xeyr! Burada da ayənin paylaşılmasını əmr etdiyi şəxsləri ixtisar edərək, iki sinfə təxsis edərlər. Yəni, həm ayədəki savaş qənimətlərinə əlavə qataraq digər malları daxil edir həm də paylaşılmasını əmr etdiyi şəxsləri ixtisar edərək iki sinifə şamil edərlər. Bu iki sinif: Seyyidlər və Müctəhidlərdir. Yəni bir malın xumsu 1/5-i ayədə əmr edilən şəxslərə deyil, bu ikisinə verilməlidir hökmünü çıxarmışlar.[1]

Allahın kitabına zidd olan bu fətvalarını belə bir məntiqlə (!) müdafiə etməyə çalışırlar:

Buna görə Şiə alimləri, dövlət idarəçilərinə bağlı deyillər. Yəni, saraylardan, köşklərdən aylıq maaş və əmr almırlar. Çünki, xumsdan gələn gəlir, onların ehtiyacını qarşılayır.

Amma əhli Sünnə alimləri, başda olan dövlət idarəçilərinə möhtac və bağlı olub, onlardan rəsmi əmr, vəzifə alırlar.  Dövlət başçıları onların istədiyini vəzifəyə gətirir, istədiyini vəzifədən atır və tamamilə onlara bağlıdırlar. Bu isə onların xums fərizəsinə əhli Beytin izah etdiyi (!) şəkildə əməl etməməklərindən qaynaqlanan qorxunc aqibətlərindən birisidir.