Səhərlər bir stəkan sarıköklü su…


Digərləri 06 Apr 2019 23:32:00 234 0

Səhərlər bir stəkan sarıköklü su…

Təbii halda yalnız Hindistanda bitən sarıkök bitkisi ölkəmizdə də çox istifadə edilir. Bu ədviyyat yarasağaldıcı, iltihabəleyhinə xüsusiyyətlərə malikdir.

Son.az medicina.az-a istinadən sarıkökün fərqli istifadə qaydasını təqdim edir:

Sarıkök onkoloji xəstəliklərin proflaktikasında da istifadə edilir. Hindistanlılar demək olar ki, hər gün sarıkökdən bol miqdarda istifadə edirlər. Ona görə də bu ölkədə ağciyər, prostat, süd vəzi, yoğun bağırsaq və bir çox digər orqanların bədxassəli şişləri çox az miqdarda müşahidə edilir.