Revmatoid artrit – Orqanizmin öz hüceyrələrinə


Digərləri 06 Apr 2019 22:42:00 223 0

Revmatoid artrit – Orqanizmin öz hüceyrələrinə

Son zamanlar çox yaşlı insanları, qadınları, eləcə də artıq orta yaşlı insanları da qəfil yaxalayan autoimmun xəstəliklərindən biri də revmatoid artritdir. Son.az medicina.az-a istinadən müalicəsi çətin olan bu xəstəliyin səbəb və əlamətlərini təqdim edir.

Resvmatoid artrit oynaq xəstəliyidir, orqanizm öz hüceyrələrinə qarşı düşmən kəsilir, antitel sintez edir, nəticədə oynaq hüceyrələri sıradan çıxır.  Səbəbləri və nədən qaynaqlandığı elmə tam məlum deyil.

Kimlər risk altındadır?

-Qadınılar -60-65 yaşlı insanlar -Genetik meyilli xəstələr -Oynaq aparatının müxtəlif iltihabi xəstəliyi olanlar -Siqaret çəkənlər

Əlamətləri:

-Səhərlər oynaqlarda ağrı, simmetrik ağrı -Oynaqların ətrafında şiş -Oynaqların deformasiyası -Əzələ zəifliyi, ağrıları -Ümumi halsızlıq, gücün olmaması -Revmatiod artrit biləklərdən, əllərdən, dabandan başlayır.

Diaqnozu təyin etmək üçün xüsusu revmatiod faktora aid qan analizi, C reaktiv zülal, rentgen, MRT təyin olunur. Əgər yuxarıdakı əlamətlərdən biri varsa, vaxt itirmədən redmatoloq terapevtə müraciət etməlisiz.