Allahı yad edən məclisin fəziləti


Digərləri 06 Apr 2019 22:45:00 229 0

Allahı yad edən məclisin fəziləti

Allah Elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Allahın yollarda dolaşıb Allahı yad edən insanları axtaran mələkləri vardır. Onlar Allahı yad edən bir camaat gördükləri zaman bir-birlərini çağırıb: "Axtardığınızın yanına gəlin!"- deyir­lər.

Son.az zikr.az-a istinadən bildirir ki, sonra onlar bu camaatı öz qanadları ilə dünya səmasına­dək əhatəyə alırlar. Elə həmin vaxt Rəbbi mələklərdən - hər şeyi onlardan daha yaxşı bildiyi halda - soruşur: "Qullarım nə deyir­lər?" Mələklər: "Onlar Sənin şəninə təriflər deyir, Səni uca tutur, Səni həmd-səna ilə təqdis edir və Səni tərifləyirlər"- deyə cavab verirlər. Allah soruşur: "Məgər onlar Məni görüblərmi?" Mələk­lər deyirlər: "Xeyr, vallahi ki, onlar Səni görməyiblər!" Allah soruşur: "Bəs Məni görsəydilər, necə olardı?" Mələklər deyirlər: "Əgər onlar Səni görsəydilər, bundan da çox Sənə ibadət edər, Səni tərifləyər, Səni həmd-səna ilə təqdis edər və Sənin şənini uca tutardılar". Allah soruşur: "Onlar Məndən nə istəyirlər?" Mələk­lər deyirlər: "Onlar Səndən Cənnəti istəyirlər". Allah soruşur: "Mə­gər onlar Cənnəti görüblərmi?" Mələklər deyirlər: "Xeyr, ya Rəbb! Vallahi ki, onlar Cənnəti görməyiblər". Allah soruşur: "Bəs onu görsəydilər, necə olardı?" Mələklər deyirlər: "Əgər onu görsəydilər, daha əzmlə ona can atar, daha inadla onu diləyər və daha çox rəğbətlə onu arzulayardılar". Allah soruşur: "Onlar Mənə nə­dən sığınırlar?" Mələklər: "Cəhənnəm odun­dan"- deyir­lər. Allah soruşur: "Məgər onlar Cəhənnəmi görüblərmi?" Mələk­lər deyirlər: "Xeyr, ya Rəbb! Vallahi ki, onlar Cəhən­nəmi görmə­yiblər". Allah soruşur: "Bəs onu görsəydilər necə olardı?" Mələk­­lər deyirlər: "Əgər onu görsəydilər, ondan daha uzağa qaç­mağa çalışar və ondan daha çox çəkinərdilər!" Allah buyurur: "Şahid olun ki, Mən onları bağışladım!" Bu vaxt mələklərdən biri deyir: "Bu camaatın arasın­da olan filankəs onlarla yoldaşlıq edənlərdən deyildir, sadəcə olaraq öz ehtiyacı üzündən ora gəlmişdir". Onda Allah buyurur: "Bunlar elə insanlardır ki, onlar­la oturub-duran adam bədbəxt olmaz". (əl-Buxari, 5929).