Paşinyanın Putinə hesabat verməsi erməniləri razı salmadı


Dünya 06 Apr 2019 22:31:00 242 0

Paşinyanın Putinə hesabat verməsi erməniləri razı salmadı

Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonra Vladimir Putinlə telefonla danışığı haqda rəsmi məlumat ətrafında qalmaqal yaranıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, rəsmi məlumatda Paşinyanın Putinə görüş barədə "məlumat verməsi" ifadəsi sonradan dəyişdirilərək "danışıb" kimi düzəldilib. Erməni politoloq  Armen Qasparyan isə baş nazirin mətbuat xidmətinin rəsmi məlumatının sonradan dəyişdirilməsini təəccüblə qarşılayıb:

"Qeyri-rəsmi olaraq yerli həmkarlarım mənə izah etdilər ki, dəyişiklik onunla bağlıdır ki, mətnin ilkin versiyasında Ermənistanın öz "rəisinə" görüş barədə məruzə etməsi təəssüratı yaranırdı. Ermənistan isə suveren dövlət olduğu üçün bu cür məzmun milli hisslərin təhqiri demək olardı və bu səbəbdən mətn yenidən yazılıb".