Min bir dərdin dərmanı “qırmızı qızıl”


Digərləri 06 Apr 2019 22:32:00 239 0

Min bir dərdin dərmanı “qırmızı qızıl”

Zəfəran lap qədimdən dərman kimi istifadə edilir. Bu bitki iştahasızlıq, bronxit, həzm sistemi pozğunluqları və yuxusuzluq kimi xəstəliklərə qarşı müalicədə istifadə olunur.   Son.az medicina.az-a istinadən bildirir ki, zəfaranın xüsusi aroması və biraz tünd dadı var. Düyü, tərəvəz, dəniz məhsulları kimi vasitələrdən hazırlanan xörəklərə 1 çay qaşığı zəfəran əlavə edilməyi məsləhətlidir. Bu bitki sancını kəsir, qaşınma və iltihabın azalmasına kömək edir.   Bədəndə müqaviməti gücləndirir. Qırımızı qızıl depressiya, yaddaş zəifliyi kimi nevroloji xəstəliklərən qoruyur. Omeqa-3 yağ turşuları ilə maddələr mübadiləsinə müsbət təsir göstərir və qan dövranını normaya salır. B6 vitamini qırmızı qan hüceyrələrinin meydana gəlməsinə kömək edir və sinir sisteminin sağlam işləməsini təmin edir. Antikanserogen xüsusiyyətləri olan bu ədviyyat şişlərin böyüməsinin qarşısını alır. Dəri xərçəngi inkişafını da ləngidir. Dərini ultrabənövşəyi şüalardan qoruyur. Yaşla bağlı yaranan göz zəifliyini aradan qaldırır və kataraktanın meydana gəlməsinə maneə törədir. Qan təzyiqi və pis xolesterini də azaltmaq təsirinə malikdir.

Həftədə 3 dəfə südlü zəfəran içmək kişilərdə sperma hərəkətini artırır. Antikanserogen xüsusiyyətləri olan bu ədviyyat şişlərin böyüməsinin qarşısını alır. Dəri xərçəngi inkişafını da dayandırmağa kömək edir. Dərini ultrabənövşəyi şüalardan qoruyur. Yaşla bağlı yaranan göz zəifliyini aradan qaldırır və kataraktanın meydana gəlməsinə maneə törədir. Qan təzyiqi və pis xolesterini də azaltmaq təsirinə malikdir".

Hamilələlər zəfəran istifadə etməsin!