Əli suya çatmayan susuzlar


Digərləri 06 Apr 2019 22:20:00 232 0

Əli suya çatmayan susuzlar

Allah-Taala Qurani-Kərimin "Rəd" surəsinin 14-cü ayəsində buyurur:

لَهُ دَعْوَةُ الْحَقِّ وَالَّذِینَ یدْعُونَ مِنْ دُونِهِ لَا یسْتَجِیبُونَ لَهُمْ بِشَیءٍ إِلَّا كَبَاسِطِ كَفَّیهِ إِلَى الْمَاءِ لِیبْلُغَ فَاهُ وَمَا هُوَ بِبَالِغِهِ وَمَا دُعَاءُ الْكَافِرِینَ إِلَّا فِی ضَلَالٍ

"Həqiqi dəvət yalnız Ona məxsusdur. (Yalnız Allahı çağırmaq lazımdır.) (Müşriklərin) Ondan başqa çağırdıqları onlara heç bir cavab verməz. Onların vəziyyəti ağzına su çatdırmaq üçün iki ovucunu suya doğru açan, lakin suyun onun ağzına əsla yetişməyəcəyi şəxsin vəziyyəti kimidir. Kafirlərin dua və istəkləri azğınlıqdan başqa bir şey deyil."

Ayənin təfsiri

Son.az maide.az-a istinadən bildirir ki, heçdən yaranan insan hal-hazırda planetlərə qədər ayaq açsa da, bununla belə, bütün vücudunu bürüyən yoxsulluq və ehtiyac hissini özündən dəf edə bilməz və həyatındakı ağır hadisələr, çətinliklər və bədbəxtliklərdən qurtulmağa qadir deyil! Bu mülahizəyə əsasən, insanlar iki qrupa bölünürlər:

1. Yaradana qəlbən inanan və Ona sığınaraq hər bir ehtiyacını Ondan diləyənlər.

2. Allahı inkar edənlər, Ondan qeyrilərinə sığınanlar, bütləri və qondarma tanrıları Ona şərik qoşanlar.

İkinci dəstənin çağırışı faydasızdır və qondarma tanrılar onlara cavab verməkdən acizdir.

Birinci dəstənin çağırışı haqq, ikinci dəstənin özünü müdafiə edə bilməyən aciz varlıqlara tapınması isə batildir. Qurani-Kərimdə bu haqda belə buyurulur:

لَهُ دَعْوَةُ الْحَقِّ وَالَّذِینَ یدْعُونَ مِنْ دُونِهِ لَا یسْتَجِیبُونَ لَهُمْ بِشَیءٍ...