Səudiyyə Ərəbistanı ABŞı təhdid etdi: "Dollardan imtina edərik"


Dünya 06 Apr 2019 21:18:00 304 0

Səudiyyə Ərəbistanı ABŞı təhdid etdi: "Dollardan imtina edərik"

Səudiyyə Ərəbistanında aparılan məxfi görüşlərdə bildirilib ki, Vaşinqtonda OPEC ölkələri əleyhinə NOPEC qanun layihəsinin qəbul olunacağı təqdirdə Ər-Riyad xam nefti dollarla deyil, başqa valyutalarla sata bilər.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu Səudiyyə Ərəbistanının enerji siyasəti ilə bağlı məlumatlı mənbələr bildiriblər.

Qeyd edilir ki, sözügedən məsələ ötən ay Ər-Riyadda məhdud çərçivədə keçirilən iclasda müzakirə olunub. Mənbələr onu da bildiriblər ki, Səudiyyə Ərəbistanının bu planı OPEC-in digər üzv ölkələrinə də çatdırılıb.

Ekspertlər ABŞ-da NOPEC adı ilə bilinən qanun layihəsinin qəbul ediləcəyi təqdirdə Ər-Riyadın atacağı adekvat addımın dolların əsas ehtiyat valyutası kimi zəifləməsinə səbəb olacağını qeyd edirlər. Onların fikrincə, səudiyyəlilərin əllərində olan külli miqdarda dollar ehtiyatı ABŞ üçün nüvə silahı qədər təhlükəlidir.