Məmməd Musayev: Azərbaycanda köklü islahatlar sahibkarlığın inkişaf səviyyəsini artırıb


Digərləri 06 Apr 2019 20:46:00 202 0

Məmməd Musayev: Azərbaycanda köklü islahatlar sahibkarlığın inkişaf səviyyəsini artırıb

Vergi, gömrük və digər sahələrdə keçirilmiş irimiqyaslı islahatların əsas məqsədlərindən biri Azərbaycanda sahibkarlığın inkişafıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Ağstafada regionların inkişafında sahibkarlığın roluna həsr olunmuş üçüncü forum çərçivəsində deyib.

Onun sözlərinə görə, islahatlar nəticəsində vətəndaşların sosial rifahı əhəmiyyətli dərəcədə yaxşılaşıb, eləcə də iqtisadi güc artmaqda davam edir, iqtisadiyyatın şaxələndirilməsi icra olunur:

"Son illərdə biz müasir tələblərə cavab verən infrastrukturun, yeni müəssisələrin yaradılmasının və sahibkarlığa dəstəyin şahidi oluruq. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının reallaşdırılması da rayonların inkişafına böyük təsir göstərdi".