"Baş nazirin səyləri israili ərdoğanin türkiyəsinə çevirəcək"


Digərləri 06 Apr 2019 19:35:00 251 0

"Baş nazirin səyləri israili ərdoğanin türkiyəsinə çevirəcək"

"The Times of İsrael" qəzeti İsraildə keçiriləcək seçkilər ərəfəsində baş nazir Benyamin Netanyahunun əsas rəqibi, "Mavi və Ağ" Partiyasının namizədi Benni Qantzdan müsahibə alıb. Strateq.az həmin müsahibəni ixtisarla oxuculara təqdim edir.

İsrail demokratiyası üçün narahatsınızmı?

Bəli, dərindən narahatam.

Son.az strateq.az-a istinadən bildirir ki, Netanyahu, şəxsən özünü qorumağa cəhd edir, ekstremist proseslərə imkan yaradır, fikrimcə, bu qəbuledilməzdir. Onun məhkəmələrə və nazirlərinin məhkəmələrə yanaşmasını nəzərdən keçirək. Ədliyyə naziri Ayelet Şakedin məhkəmə islahatı ilə bağlı nə etmək istədiyini gördürük və (həm də başqalarına qarşı buna imkan verərək) cinayət təqibindən immunitet qazanmaqdan ötrü şəxsən bu islahatlarla bağlı qanunvericilik təşəbbüsləri irəli sürəcəyi barədə açıqlamalarını eşidirik.

Görürdüyümüz fenomen - Ərdoğanın özünü istintaqdan və korrupsiyanın qarşısının alınmasına yönəlmiş digər səylərdən qoruduğu Türkiyəni xatırladır. Netanyahu uzun müddət əvvəl deyib ki, baş nazir səkkiz ildən artıq vəzifədə olmamaldır. Bunu heç vaxt söyləməmiş kimi indi yalan danışır və bunu davamlı edir. O heç nəyi izah etmir. Ən azı niyə indiyədək vəzifədə olduğunu açıqlamaq üçün kifayət qədər nəzakətli olmalıdır. Amma heç nə deyilmir. Heç nə. O, kimdir ki, kraldır?

Həqiqətən, İsrail dövlətinin Türkiyə kimi ola biləcəyindən ehtiyatlanırsınız?

Bəli, ona doğru gedirik. Bu, məni çox narahat edir.

Əlbəttə, ümidimi itirmirəm. Yəhudilik - demokratiya üçün ən yaxşı təməldir. Müntəzəm müzakirələr min illərdir ki, ənənəmizə çevrilib.

Bəs Ərdoğan nə etdi? Özü və ailəsini istintaqa cəlb edə bilməməyinizi. Ondan məhkəməyə şikayət verə bilməzsiniz. Nəticədə, Türkiyə sisteminin İsrail versiyasını görəcəksiniz. Bu, eyni sistem olmayacaq, amma bənzər bir şey olacaq.