Təbrizli qadın dünya rekordunu yenilədi - 12 tonluq avtomobili çəkərək (VİDEO)


Digərləri 06 Apr 2019 18:28:47 182 0

Təbrizli qadın dünya rekordunu yenilədi - 12 tonluq avtomobili çəkərək (VİDEO)

İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində Giti Musəvi 12270 kq çəkili yük maşınını 30 metr dartaraq dünyanın ən güclü qadın rekordunu yeniləyib.

Bakı. Elnur Bağışov - İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində Giti Musəvi 12270 kq çəkili yük avtomobilini 30 metr çəkərək dünyanın ən güclü qadın rekordunu yeniləyib. Trend-in məlumatına görə, Giti Ginnes rekordlar üzrə iranlıların müşaviri və Təbriz məsul şəxsləri qarşısında yük maşınını çəkərək avstraliyalı qadının rekordunu yeniləyib. Avstraliyalı qadın 2011-ci ildə 11350 kq yük maşınını çəkərək dünyanın ən güclü qadını kimi Ginnesin rekordlar kitabına düşüb.