Savaş qızışır:


Dünya 06 Apr 2019 18:19:00 322 0

Savaş qızışır:

Liviya hökumətinin hərbi dəstələrinə məxsus döyüş aviasiyası Liviya Milli Ordusuna aviazərbələr endirib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl Cəzirə" televiziyası məlumat yayıb. Aviazərbələr Liviya Milli Ordusunun Tripolidən 80 kilometr cənubdakı mövqelərinə endirilib.

Qeyd edək ki, bundan öncə Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu Tripoliyə hücum edib. Hücum nəticəsində Tripolinin cənub-qərbi və Qaryan şəhəri ələ keçirilib.