Məktəbdəki intiharla bağlı cinayət işi başlanıb


Digərləri 06 Apr 2019 17:32:00 191 0

Məktəbdəki intiharla bağlı cinayət işi başlanıb

Bakı şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəs iorta məktəbdə baş vermiş intihat hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Son.az Trend-ə istinadən bildirir ki, məlumatda deyilir: 

Aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin III mərtəbəsindən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət almış şəxs müalicə olunmaq üçün 1 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilmişdir. Aparılan müalicə tədbirlərinə baxmayaraq, o, aprelin 6-da xəstaxanada vəfat edib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.