Azərbaycan Universitetinin “məzun”una 55 il həbs


Dünya 06 Apr 2019 17:34:00 204 0

Azərbaycan Universitetinin “məzun”una 55 il həbs

Türkiyənin Bursa şəhərində saxta diplomla kəkələmə və nitq qüsurlarının müalicəsi mərkəzi açan kişi saxlanılıb.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, o, 33 nəfəri müalicə etmək adı ilə aldadıb. 

40 yaşlı Əmrə Nuri Qorqud polisə ifadəsində Azərbaycan Universitetindən məzun olduğunu, Pensilvaniya Universitetində isə kəkələmə və dil patologiyası üzrə kurs keçdiyini, sertifikatının olduğunu deyib. O, xəstələri də bu yolla aldadıb.

Lakin xəstələrindən birinin ondan şübhələnib polisə müraciət etməsi Əmrə Nurinin işini "çətinə salıb".


Xəbərə aid foto