Yaşlı kişilər oğlana dəfələrlə təcavüz etdilər və...


Kriminal 06 Apr 2019 16:39:00 222 0

Yaşlı kişilər oğlana dəfələrlə təcavüz etdilər və...

Mingəçevir şəhərində zorlamada təqsirli bilinən Ağcabədi rayon sakini, 1960-cı il təvəllüdlü Adil Vəliyevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Publika.az-a istinadən xəbər verir ki, Adil Vəliyev 2009-cu ilin yay aylarında Mingəçevir şəhər 2 saylı orta məktəbin binasında müvəqqəti məskunlaşıb və orada fəhləlik edib.

Zirzəmidə intim əlaqə

İstintaq sənədlərinə görə, Adil Vəliyev Mingəçevir şəhərində kirayədə yaşayıb, orada fəhləlik edib. Bu müddət ərzində orada Faiq Babayev ilə tanış olub.

Onlar 8 avqust 2015-ci ildə Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınmış 502 saylı yaşayış massivindəki 3 saylı binanın zirzəmisinə gəliblər. Orada Adil Faiqlə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Daha sonra Adil Faiqə qarşı zorakılıq edib, onu seksual xarakterli hərəkətlər etməyə məcbur edib. Məcbur qalan Faiq onun dediyi hərəkətləri yerinə yetirib.

"Cinsi əlaqədə olmamışam"

İstintaq orqanı tərəfindən Adil Vəliyevin barəsində Cinayət Məcəlləsinin 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adil Vəliyev özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib.

O bildirib ki, Faiq Babayevi uzun müddətdir xəstə bir insan kimi tanıyıb: "Faiq onun fəhləlik etdiyi müəssisədə təmizlik işləri görüb, həmin idarənin əməkdaşlarının müxtəlif buyruqlarını yerinə yetirib və bunun müqabilində ona 50-60 qəpik, 1 manat pul verilib. İstər 2009-cu, 2013-cü, 2014-cü illərdə müxtəlif yerlərdə, istərsə də 2015-ci ilin avqust ayının 8-də yaşadığım evin zirzəmisində onunla cinsi əlaqədə olmamışam, ona qarşı seksual xarakterli hərəkətlər etməmişəm".

"Cinsi əlaqəyə girməm mümkün deyil"

Təqsirləndirilən şəxs deyib ki, 2007-ci ildən cinsi əlaqəyə girə bilmir: "Bu səbəbdən Faiq ilə hər hansı bir formada cinsi əlaqəyə girməm mümkün deyil. İstifadəmdə iş materiallarında olan mobil telefon nömrəm olub, başqa telefon nömrəsi istifadə etməmişəm.

Avqustun 8-də həyat yoldaşım Samirənin təklifi ilə binanın zirzəmisində olan daş və şüşə qırıqlarını yığmaq, eləcə də orada təmizlik işləri aparmaq üçün Faiqi saat 7-8 radələrində telefonla çağırdım. Sonra onu evə göndərdim. Özüm isə növbədə olmuşam. Faiq evə gedəndən sonra həyat yoldaşım binanın zirzəmisini açıb və təmizlənəcək yeri ona göstərib".

"Əxlaqsız hərəkətləri etməmişəm"

Adil Vəliyev qeyd edib ki, işdən çıxandan sonra iş paltarında evə gəlib: "Bu zaman Faiqin işlədiyini gördüm, səliqəli iş görmədiyi üçün ona 50 qəpik verdim və evlərinə yola saldım. Zirzəminin qapısının açarı həyat yoldaşımda, qonşularda, bir də Mənzil İstisimar İdarəsində olub. Həmin yerdən hamı istifadə edib. Zirzəminin qapısı həyətə doğru açılır, oradan "besetka" görünür. Hər vaxt "besetka"da adamlar olur. Həm də Şəmi iş görən zaman həyat yoldaşım zirzəmiyə düşüb-çıxırdı. Həmin yerdə hər hansı bir əxlaqsız hərəkətləri etməmişəm".

"20 manat istədi"

Adil Vəliyev bildirib ki, zirzəmidə başqa şəxslərin də paltarları olur: "Həmin gün idman paltarında olmamışam. İdman paltarımı, köynəyimi avqustun 12-də keçirilmiş iclasdan sonra həyat yoldaşım zirzəmiyə qoyub. Orada əski parçası olmayıb. Sperma olan əski parçasının haradan əldə olunmasını bilmirəm. Ərizəni geri götürmək üçün Faiq və onun qohumları dəfələrlə 20 min manat pul istəyiblər. Hətta həmin pulun istənilməsinə dair telefon danışıqlarını məhkəməyə təqdim etmişəm. Faiq ifadəsində Aqil Axundovun onunla dəfələrlə cinsi əlaqədə olmasını, sonuncu dəfə isə 3-4 avqust 2015-ci ildə evində cinsi əlaqədə olması faktları istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqı zamanı dəfələrlə bildirmişəm".

"Mənə böhtan atılıb"

Təqsirləndirilən şəxs deyib ki, Faiq Babayevin 20 avqust tarxidində verdiyi ifadəsinin öyrədilmiş olub, həmin ifadəni verən zaman ona şər atılıb: "Zərərçəkmiş bildirib ki, zirzəmidə əski parçası olub, həmin əski parçası ilə cinsi əlaqədə olandan sonra guya təmizlənmişik. Lakin həmin əski parçası zərərçəkmiş şəxsin ifadəsində təsvir edilməyib. Avqustun 24-də Faiq Babayevin ifadəsi yerində yoxlanan zaman onun, ailə üzvlərinin, ərazi nümayəndəsinin, hal şahidlərinin iştirakı olmadan əski parçası, idman şalvarı və köynək götürülüb. Halbuki, hadisə yerinin fotoşəkilindən görünür ki, orada iki ədəd çəhrayı rəngli əski parçası və iki ədəd boz rəngli əski parçası, habelə idman şalvarı və köynək olub".

"Qorxduğum üçün heç kimə danışmamışam"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Faiq Babayev deyib ki, 2009-cu ilin yay aylarında Adil Vəliyev Mingəçevir şəhər 2 saylı orta məktəbin müvəqqəti məskunlaşdığı otağında, təkrarən 2010-cu, 2011-ci, 2012-ci illərdə müxtəlif yerlərdə, habelə 2013-cü ilin qış aylarında, 2014-cü ilin yayında, 8 avqust 2015-ci ildə yaşadığı binanın zirzəmisində onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Faiq Babayev qeyd edib ki, hər dəfə Adil onunla belə hərəkətlər edəndən sonra ona 40-50 qəpik verib və bu barədə heç kəsə heç nə deməməyi tapşırıb: "Mən də Adildən qorxduğum üçün onun etdiyi hərəkətlər barədə heç kəsə danışmamışam".

"Sandığın üstündə cinsi əlaqədə olduq"

Zərərçəkmiş bildirib ki, avqustun 8-də, səhər saat 8.00-da Vüsaldan 20 qəpik alaraq avtobusla Adilin yaşadığı evə gedib: "Adil evinin qarşısında məni qarşıladı və zirzəminin qapısını açaraq məni zirzəmiyə saldı. Orada məni sandığın üstünə yıxaraq qeyri-təbii yolla cinsi əlaqədə oldu. Sonra mənə qarşı əxlaqsız hərəkətlər etdi (zərərçəkmiş ifadəsinin bu hissəsində Adil Vəliyevin etdiyi hərəkətləri çılpaqlığı ilə danışıb. Bu səbəbdən ifadənin həmin hissəsini dərc etmirik - red.)".

"Narazılığımı bildirsəm də, mənimlə cinsi əlaqədə oldu"