"Ərə gedənə qədər bakirə olmuşam" Məşhurlardan təəccübləndirən


Digərləri 06 Apr 2019 16:24:00 213 0

"Ərə gedənə qədər bakirə olmuşam"  Məşhurlardan təəccübləndirən

Məşhurların ilk seks təcrübəsi

İngilis mediası məşhurlar arasında maraqlı sorğu aparıb. Bu dəfə onlara "Bakirəliyinizi nə vaxt itirmisiniz?" sualı ünvanlanıb.

Son.az axşam.az-a istinadən tanınmışların cavablarını təqdim edir:

Kris Braun bakirəliyini 14 yaşında itirdiyini söyləyib. "Hər şeyə hazır idim. Pornoya baxır, qızla tanış olmağa utanmırdım" deyə, aktyor söyləyib.

88 yaşlı Şon Konneri ilk seks təcrübəsini xatırlamaqda çətinlik çəkir. "Ceyms Bond" obrazının ifaçısı "Kimlə, harada olduğunu bilmirəm. Amma əcnəbi idi. Onlar amerikalılardan gözəldirlər" deyə, söyləyib.

Reper Lil Uayn ilk dəfə sekslə 11 yaşında məşğul olduğunu deyib. O, birinci dəfə yaxın dostu ilə cinsi əlaqədə olduğunu açıqlayıb.

P Diddy adı ilə məşhur olan Şon Kombs 7 yaşında bakirəliyini itirmək arzusuna düşdüyünü etiraf edib. O bildirib ki, həmin vaxt bunu 9 yaşlı qızla etmək istəyib. Amma arzusuna 13 yaşında çatıb.

Conni Depp isə ilk dəfə 13 yaşında sekslə məşğul olub. O bildirib ki, pərəstişkarlarından biri ilə münasibətə girib.

Aktrisa Ancelina Coli 14 yaşında bakirəliyini itirdiyini bildirib. "Cinsi əlaqədən sonra hisslər mənə yetərli olmadı. Artıq balaca qız deyildim. Sevdiyim şəxsə daha yaxın olmaq istədim, bıçağı götürdüm və onun bədənində bir hissəni kəsdim. O da mənimlə eyni hərəkəti etdi. Ürəyim az qala yerindən çıxacaqdı" sözlərini işlədib.

Xloe Kardaşyan "14 yaşımda 18 yaşlı oğlanla görüşürdüm. İndi həmin hadisə mənə iyrənc görünür. O vaxt isə özümü möhtəşəm biri hesab edirdim. O, məni cinsi əlaqəyə girməyə məcbur etdi. Düşündüm ki, etməsəm, sevgilim məni atacaq. Sonra 17 yaşıma qədər cinsi əlaqədə olmadım" deyə, açıqlayıb.

Britni Spirs isə 13 yaşında narkotikdən istifadə etdiyini, 14 yaşında isə bakirəliyini itirdiyini etiraf edib. O, ilk dəfə məktəbdə futbol komandasındakı bir oğlanı sevdiyini deyib.