Öz qızını cinsi istismar etdi, 30 il həbsə məhkum edildi


Dünya 06 Apr 2019 16:19:00 238 0

Öz qızını cinsi istismar etdi, 30 il həbsə məhkum edildi

Şimali Kipr Türk Respublikasında 17 yaşında olan qızını təxminən 3 il istismar etməkdən mühakimə olunan 44 yaşındakı H.D, 30 il həbsə məhkum edilib.

Son.az Metbuat.az-a istinadla xəbər verir ki, Şimali Kiprdə böyük reaksiya çəkən hadisə Nikosiyaya bağlı Alayköydə ortaya çıxmışdı.

Ata ilə qızın vəziyyətindən şübhələnən kəndlilər, Sosial Xidmətlər İdarəsinə müraciət edərək kömək istəmiş və dairə ilə polis əməkdaşlıq etmişdi.

Polisin qıza qarşı cinsi istismar olunduğunu müəyyən etməsi üzərinə ata H.D. nəzarətə alınmışdı.

Ata əleyhinə yönəlmiş ittihamları qəbul edərkən, istintaq zamanı qızın cib telefonunda isə, istismara uğradığı zamanlara aid səsyazmalar ortaya çıxıb.


Xəbərə aid foto