ABŞ İranın İnqilab Keşikçiləri Korpusunu terror təşkilatı elan etmək istəyir


Dünya 06 Apr 2019 16:09:00 222 0

ABŞ İranın İnqilab Keşikçiləri Korpusunu terror təşkilatı elan etmək istəyir

ABŞ İranın İnqilab Keşikçiləri Korpusunu (Sepah) terrorçu qruplaşmaların siyahısına əlavə etməyə hazırlaşır.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, Dövlət Departamenti artıq bazar ertəsi bununla bağlı bəyanatla çıxış edə bilər. Belə olarsa, bu, ABŞ tarixində bir ilk olacaq. Belə ki, buna qədər Birləşmiş Ştatlar hökuməti heç vaxt hər hansı xarici dövlətin rəsmi orqanını terrorçu təşkilatların siyahısına daxil etməyib.