Məşhur alimdən VACİB SÖZLƏR:


Digərləri 06 Apr 2019 15:49:00 309 0

Məşhur alimdən VACİB SÖZLƏR:

Rusiyanın tanınmış professoru İvan Neumıvakin dəri xəstəliklərinin müalicəsində hidrogen peroksidin ciddi rolu olduğunu qeyd edib.

Son.az Publika.az-a istinadən xəbər verir ki, İ.Neumıvakin dərmanlar və ağır xəstəliklər barədə bütün stereotipləri sındıraraq sağlam həyat tərzi haqqında öz üsullarını təklif edir. Bu da təəccüblü deyil, çünki istedadlı həkim, tibb elmləri doktoru, professor, 200-dən çox elmi məqalənin müəllifidir.

Oxucuları mərhum professorun dəri xəstəliklərinin müalicəsi üçün hazırladığı unikal üsul ilə tanış edirik.

İvan Neumıvakin məruzələrindən birində bildirib ki, dəri xəstəlikləri limfaların çirklənməsi ilə bağlıdır:

"Dəri insanın ən böyük orqanıdır. Dəridə daxili orqanlarla birbaşa əlaqəsi olan bioloji aktiv nöqtələr var. Bədənin bütün kanalizasiya sistemi, daha doğrusu bütün tullantı maddələrin axdığı limfalar dərinin altında yerləşir.

Əgər limfalar çirklənibsə, bu, dərhal dəriyə təsir edir və bioloji cəhətdən aktiv nöqtələrin daxili orqanlarla əlaqəsi azalır. Nəticə etibarı ilə bu da tənəffüs sisteminin, mədə, mədəaltı vəzinin işinin pozulmasına gətirib çıxarır. Maddələr mübadiləsi normal bir vəziyyətə düşməyənə qədər, dəri xəstəliklərini heç bir vasitə ilə sağaltmaq mümkün olmayacaq".

Bir çox dəri xəstəliyinə qarşı mübarizədə İvan Pavloviç Neumıvakin hidrogen peroksid istifadəsini təklif edir. Bir çox tədqiqatlarında professor sübut edib ki, hidrogen peroksid orqanizmin bütün həyati proseslərini bərpa edir, həm də bir çox xəstəlikləri, xüsusilə sədəf xəstəliyini sağaldır.

Sübut olunmuş nəzəriyyəyə əsasən, psoriazın inkişafı bədəndə maddələr mübadiləsinin pozulması nəticəsində baş verir. Odur ki, xəstəliyin müalicəsi üçün hidrogen peroksidin istifadəsi ilə hərtərəfli təmizlənmə aparmaq lazımdır. Görkəmli alim hidrogen peroksidin müəyyən müddətlərdə, hər gün 3 dozada tətbiq edilməsini tövsiyə edir.