Psixoloqlar xatirələrin təhlükəli olduğunu açıqlayıblar


Digərləri 06 Apr 2019 15:14:00 237 0

Psixoloqlar xatirələrin təhlükəli olduğunu açıqlayıblar

ABŞ-ın Cənubi Kaliforniya Universitetinin psixoloqları apardıqları araşdırmalar nəticəsində belə qərara gəliblər ki, gözəl xatirələr heç də təhlükəsiz deyil.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, tədqiqatlar onu deməyə əsas verir ki, əsasən həyatında  hər şey yolunda olmayan insanlar nostalji hisslərə qapılır, xatirələrə dalırlar. Nostalji hisslər əsasən qəmgin anlarda, gün içərisində bir neçə dəfə yaşana bilər.

Eksperiment iştirakçıları gözəl xatirələri xatırladıqdan sonra kədər, tənhalıq, peşimanlıq, gərginlik hiss etdiklərini bildiriblər. Onların həmçinin özünə inam duyğusu azalıb.