DYP: Dövlət atributunun nəqliyyat vasitəsinin üzərinə yapışdırılması yolverilməzdir


Digərləri 06 Apr 2019 14:55:16 30426 0

DYP: Dövlət atributunun nəqliyyat vasitəsinin üzərinə yapışdırılması yolverilməzdir

Bu, Dövlət gerbi haqqında əsasnamə ilə ziddiyət təşkil edir.

bakı. Samir Əli - Son zamanlar avtomobillərin ban şüşələrinə dövlət gerbinin yapışdırılması halları tez-tez müşahidə olunur ki, bu da Azərbaycan Respublikasının Dövlət gerbi haqqında əsasnamə ilə ziddiyət təşkil edir. Trend-in məlumatına görə, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, dövlət atributunun hər hansı bir nəqliyyat vasitəsinin üzərinə yapışdırması və bu şəkildə istifadə olunması yolverilməzdir.