Kartofa gömrük rüsumu tətbiq edildi


Digərləri 06 Apr 2019 14:09:00 242 0

Kartofa gömrük rüsumu tətbiq edildi

Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişikliklər edilməsi barədə qərar imzalayıb.

Son.az bildirir ki, "Qafqazifo"nun verdiyi xəbərə görə, aprelin 30-dək ölkədən ixrac olunması üçün kartofun 1 kiloqramına 1 ABŞ dolları gömrük rüsumu tətbiq ediləcək. Soğan və kələmin ixracına görə isə mayın 31-dək 1 kiloqram üçün 2 ABŞ dolları gömrük rüsumu tutulacaq.