Yağış yağacaq


Digərləri 06 Apr 2019 13:24:00 299 0

Yağış yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Abşeron yarımadasında gecə 7-9° isti, gündüz 13-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti təşkil edəcək.