Gömrükdə avtomobildə gizlədilən siqaretlər aşkarlandı - FOTO


Digərləri 06 Apr 2019 13:23:23 202 0

Gömrükdə avtomobildə gizlədilən siqaretlər aşkarlandı - FOTO

Gömrükdə avtomobildə gizlədilən siqaretlər aşkarlanıb.

Bakı. Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21154" markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, baxışdan əvvəl şifahi sorğu-sual olunan vətəndaş idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı minik maşınının salonunda - ön oturacaqların içərisində "King" markalı 5000 ədəd siqaret aşkarlanıb.