Məktəbli qızın ölümünün dəhşətli təfərrüatı


Digərləri 06 Apr 2019 13:14:00 233 0

Məktəbli qızın ölümünün dəhşətli təfərrüatı

Bakı şəhərinin 162 saylı məktəbində baş verən intihar hadisəsinin təfərrüatları məlum olub. Özünü məktəbin üçüncü mərtəbəsindən atan qızcığaz uşaqlara xas olmayan qəddarlığın qurbanı olub. O özünə qapılaraq, intihara əl atıb. 

Son.az xəbər verir ki, 14 yaşlı Elina Hacıyevanın anası Sevil Hacıyeva Oxu.az-a qızının intihara əl atmazdan əvvəl ətrafında cərəyan edən hadisələr barədə danışıb.

Onun sözlərinə görə, məktəbli qızı aprelin dördü, 09:11 radələrində özünü məktəbin dördüncü mərtəbəsindən atıb.

Yeniyetmə çoxsaylı ağır xəsarətlər alıb. 12:00-da uşağın anasına zəng edərək baş verən bədbəxt hadisə barədə məlumatlandırıblar.

"Qızınız özünü üçüncü mərtəbədən atıb, ancaq narahat olmayın, hər şey yaxşıdır. Onu Kiliniki xəstəxanaya yerləşdiriblər", - deyə S.Hacıyevaya bildirilib.

"Həkimlər dedilər ki, onun çanaq sümüyü sınıb, döş qəfəsi əzilib, ağ ciyərləri zədələnib. Ancaq məni yanına buraxmadılar", - deyə S. Hacıyeva söyləyib.

S.Hacıyeva baş verən hadisənin şokundan əlavə, məktəb müəllimlərindən ünvanına xoşagəlməz sözlər eşidib. Ananı etinadsızlıqda, laqeydlikdə ittiham edirlər.

"Sən demə, qızım biologiya müəllimi Leyla Mixaylovnanın onunla kobud davranması ilə bağlı rəfiqəsinə gileylənibmiş. Bundan heç xəbərim yox idi. Müəllimlə danışmaq istədim, ancaq zənglərimə cavab vermir", deyən ana qeyd edib ki, övladının problemlərin 203 saylı məktəbdən bu məktəbə keçən andan başlayıb.

162 saylı orta məktəb Hacıyevlərin qaldığı evin yaxınlığında yerləşir, ona görə uşağı elə ora köçürməyi qərara alıbmışlar. Ancaq nədənsə, qız məktəb yoldaşlarının xoşuna gəlməyib. Onu ələ salmağa və müxtəlif aşağılayıcı adlar qoymağa başlayıblar. Sonradan hücumlar daha aqressiv hal alıb.

Elina özünü müdafiə edə bilməyib və nəticədə özünə qapanıb. Həmyaşıdlılarının ona qarşı münasibətindən anasına bir neçə dəfə şikayət edib.

Anası direktorun yanına gedib, məktəbdə baş verənlər, məktəb yoldaşlarının onun qızına qarşı davranışları barədə onunla danışıb. Direktor məsələni araşdırmağa söz versə də, heç bir ölçü götürülməyib.

"Elinanın rəfiqəsi məktəbin tədris şöbəsinin müdiri Lalə Arifovnaya Azərbaycan şöbəsinin 10-11-ci siniflərində oxuyan oğlanların mənim qızımı təpiklədiyini danışıb. Uşaqlar başqalarını da onunla pis rəftara təşviq edib. Şöbə müdiri qızımın rəfiqəsinə tapşırıb ki, bu barədə bizə heç nə deməsin, ona məsələni araşdıracağına söz verib", - deyə Elinanın anası qeyd edib.

Son iki həftə ərzində Elina dərslərini buraxmağa başlayıb. O, çantasını götürüb, məktəb saatında evdən çıxırmış, vaxtında da evə qayıdırmış.