CAR öz səfirini İsraildən həmişəlik geri çağırır


Dünya 06 Apr 2019 12:49:00 234 0

CAR öz səfirini İsraildən həmişəlik geri çağırır

Rəsmi Pretoriya İsrail hökumətinin yürütdüyü siyasətə, o cümlədən İsrail hərbçilərinin Qəzzada dinc etirazçılara atəş açmasına etiraz olaraq öz səfirini həmişəlik İsraildən çıxarmağa hazırlaşır.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, bu haqda Cənubi Afrika Respublikasının (CAR) Beynəlxalq Münasibətlər Nazirliyi bəyanat verib.

Nazirliyin bəyanatına görə, bu, iki ölkə arasında diplomatik münasibətlərin azaldılması istiqamətində atılan ilk addımdır. Eynilə İsrail diplomatik missiyası CAR-dan çıxarılacaq.