Xəstəxanada Flora ilə şəkil çəkdirmək üçün növbə yarandı


Şou-biznes 06 Apr 2019 12:34:00 246 0

Xəstəxanada Flora ilə şəkil çəkdirmək üçün növbə yarandı

Xalq artisti Flora Kərimova səhhətində yaranan problemlə bağlı xəstəxanaya gedib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni burun-boğaz həkiminin müayinəsindən sonra pərəstişkarlarından böyük diqqət görüb.

Belə ki, xəstələr və səhiyyə işçiləri Xalq artisti ilə foto çəkdirmək üçün növbəyə düzülüblər. Həmin anı isə Tafur adlı gənc ifaçı lentə alıb. Sözügedən görüntülər qısa müddət ərzinə sosial şəbəkələrdə yayılmağa başlayıb.