32 il əvvəl şəkil çəkdirdiyi kreslonun sahibi oldu


Dünya 06 Apr 2019 12:19:00 266 0

32 il əvvəl şəkil çəkdirdiyi kreslonun sahibi oldu

Türkiyədə 1987-ci ildə 23 aprel Milli Suverenlik və Uşaq Bayramında bələdiyyə kreslosunda oturan Cəlal Alper İbaş 32 il sonra bələdiyyə sədri seçilib.

Son.az qaynarinfo-ya istinadən xəbər verir ki, 42 yaşlı İbaş Cümhuriyyət Xalq Partiyasından (CHP) namizədliyini irəli sürüb və qələbə qazanıb.

Nevşehirin Avanos ərazisində vəzifəsinin icrasına başlayan İbaşı valideynləri ziyarət edib. Ayşə və Əli İbaş oğullarına 10 yaşında bələdiyyə sədrinin kreslosunda oturub çəkdirdiyi fotonu hədiyyə edib.


Xəbərə aid fotolar