Anadangəlmə ürək qüsurlu 27 uşaq əməliyyat olunub


Digərləri 06 Apr 2019 11:54:00 243 0

Anadangəlmə ürək qüsurlu 27 uşaq əməliyyat olunub

"Azərbaycan vətəndaşı olan 18 yaşınadək şəxslər, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar icbari tibbi sığorta haqqından azaddırlar".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Heydər Əliyev Mərkəzində keçirilən "Fərqli Fərdlər" 1-ci Xüsusi qayğıya ehtiyacı olan uşaqlar konqresində çıxışı zamanı deyib.

Z.Əliyev bildirib ki, həmin şəxslər üçün müəyyən edilmiş illik tibbi sığorta haqqı dövlət büdcəsi hesabına ödəniləcək.