“Boeing” qalmaqallı təyyarənin istehsalını məhdudlaşdırır


Dünya 06 Apr 2019 11:49:00 298 0

“Boeing” qalmaqallı təyyarənin istehsalını məhdudlaşdırır

Amerikanın "Boeing" aviaşirkəti 737 MAX modelindən olan sərnişin təyyarələrinin istehsal həcmini aya 52-dən 42-ə salmaq niyyətindədir.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, bu haqda aviaşirkətin saytında qeyd olunub.

Müvəqqəti qərar laynerlərin tədarükünün dayandırılması ilə əlaqədardır. İstehsal artıq aprel ayının ortalarından etibarən azaldılacaq.

Habelə şirkət əmin edir ki, istehsal prosesinin zəifləyəcəyinə baxmayaraq, bir nəfər işçi belə işçi ixtisar olunmayacaq.