Aeroport yolunda ağır qəza:


Digərləri 06 Apr 2019 11:24:00 184 0

Aeroport yolunda ağır qəza:

Aprelin 5-də günorta saatlarında Bakının Aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin şəxsiyyəti müəyyənləşib.

Aeroport yolunda ağır qəza: "Jiquli" aşdı - VİDEO

Son.az oxu.az-a istinadən xəbər verir ki, yaralananlardan biri 1971-ci il təvəllüldlü Əhmədov Bəxtiyar İslam oğludur.

Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində xəsarət alan digər şəxs isə 1978-ci il təvəllüdlü İsgəndərov Elnur Rasim oğlu olub. O, döş qəfəsinin əzilməsi, alt çənənin sıyrılması diaqnozu ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Videonu izləmək üçün şəklə klikləyin: