ABŞda ilk Dövlət ordusu terror təşkilatı elan edilə bilər


Dünya 06 Apr 2019 11:14:00 223 0

ABŞda ilk  Dövlət ordusu terror təşkilatı elan edilə bilər

ABŞ İranın İnqilab Keşikçiləri Korpusunu (Sepah) terrorçu qruplaşmaların siyahısına əlavə etməyə hazırlaşır.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, bu haqda "Reuters" məlumatlı mənbələrə instinadən informasiya yayıb.

Agentliyin məlumatına görə, dövlət departamenti artıq bazar ertəsi bununla bağlı bəyanatla çıxış edə bilər. Belə olarsa, bu, ABŞ tarixində bir ilk olacaq. Belə ki, buna qədər Birləşmiş Ştatlar hökuməti heç vaxt hər hansı xarici dövlətin rəsmi orqanını terrorçu təşkilatların siyahısına daxil etməyib.