İcbari tibbi sığorta üzrə pilot layihə müddətində anadangəlmə ürək qüsurlu 27 uşaq əməliyyat olunub


Digərləri 06 Apr 2019 11:12:00 193 0

İcbari tibbi sığorta üzrə pilot layihə müddətində anadangəlmə ürək qüsurlu 27 uşaq əməliyyat olunub

İcbari tibbi sığorta üzrə pilot layihə müddətində anadangəlmə ürək qüsurlu 27 uşaq əməliyyat olunub.

Bakı. Elçin Mehdiyev – Azərbaycan vətəndaşı olan 18 yaşınadək şəxslər, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar icbari tibbi sığorta haqqından azaddırlar. Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Heydər Əliyev Mərkəzində keçirilən "Fərqli Fərdlər" 1-ci Xüsusi qayğıya ehtiyacı olan uşaqlar konqresində çıxışı zamanı deyib.