Bir sıra müəssisələrin adlarında "sağlamlıq imkanları məhdud" sözlərinin dəyişdirilməsi təklif edilir


Digərləri 06 Apr 2019 11:09:00 229 0

Bir sıra müəssisələrin adlarında "sağlamlıq imkanları məhdud" sözlərinin dəyişdirilməsi təklif edilir

"Uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması Azərbaycanda bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Heydər Əliyev Mərkəzində keçirilən "Fərqli Fərdlər" 1-ci Xüsusi qayğıya ehtiyacı olan uşaqlar konqresində çıxışı zamanı deyib.

H.Hüseynova bildirib ki, Azətbaycan Prezidenti tərəfindən aparılan uğurlu siyasət nəticəsində bu gün uşaq hüquqları sahəsində əsaslı nailiyyətlər əldə olunub: "Azərbaycanda uşaq hüquqlarının qorunması sahəsində çox güclü qanunvericilik bazası mövcuddur".