Ermənistan parlamentində transgenderin çıxışı qalmaqal yaratdı


Dünya 06 Apr 2019 09:39:00 191 0

Ermənistan parlamentində transgenderin çıxışı qalmaqal yaratdı

Ermənistan parlamentində transgender Lilit Martirosyanın çıxışı qalmaqala səbəb olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, insan haqları ilə bağlı mövzunun müzakirə olunduğu iclasda Lilit "Doğru tərəf" təşkilatının nümayəndəsi kimi tribunaya çıxaraq nitq söyləyib. Parlamentin insan haqları və ictimai məsələlər üzrə komissiyasının rəhbəri Naira Zoqrabyan özünü zorlanmış və diskriminasiyaya məruz qalmış insanların nümunəsi kimi təqdim edən Martirosyanın transgender olduğunu sonradan bilib və açıq-aşkar şoka düşüb. 

O, Lilitin sözünü yarımçıq kəsərək onun komissiyaya, insan haqları ilə bağlı müzakirəyə hörmətsizlik etdiyini bildirib. Lilitin "Bu da növbəti diskriminasiya cəhdi" sözlərindən sonra Zoqrabyan əsəbiləşərək ondan zalı tərk etməyi tələb edib.