Çaylarda suyun səviyyəsi dəyişib


Digərləri 06 Apr 2019 09:16:00 208 0

Çaylarda suyun səviyyəsi dəyişib

Çaylarda suyun səviyyəsi dəyişib.

Bakı. Çaylarda suyun səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə sululuq ongünlük normanın 80-120 faizini təşkil edir. Tranzit çaylarda hazırkı vəziyyətə gəlincə, aprelin 05-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 195 kub/s olmaqla, ongünlük normanın 42 faizini təşkil edir. 2018-ci ildə bu rəqəm 483 kub/s olmaqla, ongünlük normanın 103 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 92 kub/s olmaqla, ongünlük normanın 67 faizini təşkil edir. 2018-ci ildə bu rəqəm 159 kub/s olmaqla, ongünlük normanın 115 faizini təşkil edib.