Atatürk hava limanından sonuncu sərnişin təyyarəsi qalxıb


Dünya 06 Apr 2019 08:58:00 225 0

Atatürk hava limanından sonuncu sərnişin təyyarəsi qalxıb

"Turkish Airlines" aviaşirkətinin "Tk 54" reysini həyata keçirən təyyarə Atatürk hava limanından saat 02:40-da havaya qalxıb.

Son.az Trend-ə istinadən bildirir ki, saat 02:40-da havaya qalxan İstanbul-Sinqapur reysini həyata keçirən sərnişin təyyarəsi hava limanının tarixində sonuncu olub.

Belə ki, "Türk Hava Yolları" dünyanın ən böyük hava limanı layihəsi olan İstanbul hava limanına köçməyə başlayıb.

Köçün ilk mərhələsi ötən ilin oktyabr ayında baş tutub. Bu gün saat 03.00-dan etibarən isə köçün əsas mərhələsi həyata keçirilir.