Samsung 5G modeminin istehsalına başladı


Digərləri 06 Apr 2019 08:41:00 213 0

Samsung 5G modeminin istehsalına başladı

"Samsung Electronics" mobil qurğu və başqa elektron cihazların beşinci nəsil şəbəkəsinə (5G) qoşulması üçün nəzərdə tutulmuş çiplərin kütləvi istehsalına başlayıb.   Son.az ICTnews-a istinadən bildirir ki, Cənubi Koreya nəhəngi qabaqcıl "Galaxy S10 5G" smartfonunda tətbiq edilən "Exynos Modem 5100" mikrosxeminin kütləvi istehsalına başlayıb. Sabah sözügedən çip satışa çıxarılacaq.   2018-ci ilin avqustunda təqdim edilmiş "Exynos Modem 5100" dünyada ilk "5G" modem hesab edilir.   Modem "5G" şəbəkəsində 6 QHs-dən aşağı tezlikdə 2 Qbit/s-dək və "mmWave" şəbəkəsində isə 6 QHs maksimal yükləmə sürətini təmin edir ki, bu da mövcud texnologiyaların ötürmə sürətini müvafiq olaraq təxminən 1,7 və 5 dəfə  üstələyir.