Azərbaycan Diasporuna Dəstək Fondunun Gürcüstanda təqdimatı olub FOTO


Digərləri 06 Apr 2019 08:33:00 191 0

Azərbaycan Diasporuna Dəstək Fondunun Gürcüstanda təqdimatı olub  FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Gürcüstana səfəri zamanı Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı olub.

Komitədən Son.az-a verilən məlumata görə, təqdimatda Gürcüstanın azərbaycanlı icmasının nümayəndələri iştirak edib.

F.Muradov giriş sözü ilə çıxış edib, Fondun yaranma məqsədi və fəaliyyət imkanları barədə danışıb. Fondun icraçı direktoru Elşad Əliyev fond haqqında ətraflı məlumat verib. O, bildirib ki, diaspor təşkilatlarının, eləcə də xaricdə yaşayan ayrı-ayrı soydaşlarımızın layihələrinin həyata keçirilməsində fond əhəmiyyətli rol oynayacaq.


Xəbərə aid fotolar