Google Pixel 4 smartfonunun adı hallandırılıb


Digərləri 06 Apr 2019 08:15:00 227 0

Google Pixel 4 smartfonunun adı hallandırılıb

9to5Google saytının mütəxəssisləri Google şirkətinin yeni smartfon modelinin adının ilk dəfə hallandığı vəziyyəti aşkar ediblər. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, AOSP (Android Open Source Project) saytında Google şirkətinin təmsilçisi istifadəçilərdən birinin sualına cavab verərkən Pixel 3 ilə Pixel 4 üçün olan hansısa yenilənmədən danışıb. Təbii ki, Pixel 4 smartfonu barəsində heç bir məlumat verilməyib.

Son.az technote.az-a istinadən bildirir ki, Google təmsilçisindən verilmiş bu cür bəyanat isə o deməkdir ki, şirkət yeni smartfonları artıq nəinki hazırlayır, həm də həmin smartfonlar bəzi tərtibatçılara test məqsədi üçün təqdim olunublar. Son məlumat sızıntılarına əsasən Pixel 4 smartfonu Snapdragon 855 prosessoru və Android Q əməliyyat sistemi ilə təchiz olunacaq. Bundan əlavə olaraq yeni Pixel modellərində iki SIM kart girişi özəlliyi də reallaşdırılmalıdı. Çox güman ki, şirkət yeni Pixel modellərini bu ilin payız fəslində təqdim edəcək.