Dünya Bankının prezidenti seçilib


Dünya 06 Apr 2019 07:15:00 253 0

Dünya Bankının prezidenti seçilib

ABŞ maliyyə nazirinin müavini Devid Melpas Dünya Bankının yeni prezidenti seçilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, D.Melpas öz səlahiyyətlərinin icrasına aprel ayının 9-dan başlayacaq.

Yaxın 5 il ərzində yeni prezident Dünya Bankı qrupunun bütün təşkilatlarına, o cümlədən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına (BYİB) rəhbərlik edəcək.