Ağzın quruyur, teztez susayırsan


Digərləri 05 Apr 2019 23:58:00 244 0

Ağzın quruyur, teztez susayırsan

Çox az adama məlum olan bu tibbi termin ağızın selikli qişasının quruması deməkdir. Bu problem ağız suyunun kifayət qədər ifraz olunmaması, onun tərkibinin dəyişməsi ilə bağlı meydana çıxır. Bunun ardıyca ağızda pis qoxu, çeynəməkdə problem və tüpürcək vəzilərində şişkinlik yaranır.

Son.az medicina.az-a istinadən el arasında dilim, dodağım, ağzım quruyur, kimi xarakterizə olunan kserostomiyanın səbəblərini təqdim edir:

-Diabet -Hamiləlik -Siqaret -Depressiya -Panik atak, nevroz -Revmatoid artrit -Orqanizmin qocalması -Bir sıra dərman preparatları da ağızda quruluq yaradır: antidepressantlar, təzyiq dərmanları, antihistaminlər və s.

Kəskin susuzluq hissi - orqanizmdə su-duz mübadiləsinin pozulmasını göstərir. Daimi sanki səhradasız kimi yanğı hissi, ağızın içinin, dilin dodağının quruması-orqanizmin ciddi siqnalıdır.

NƏ ETMƏLİ?

Əgər susuzluq,yanğı, quruluq hissi su içdikdən sonra əl çəkmirsə, ilk növbədə şəkəri yoxlatmalı, qəbul etdiyiniz dərmanları araşdırmalı, daha sonra terapevtə müraciət etməli. O, isə sizi ginekoloq, qastroenteroloq, endokrinoloqa yönləndirə bilər. 

Susuzluğum yatmır

Çox xəstələr diabet olduğundan xəbərsiz olur. Diaqnozunu bilənə kimi orqanizmdə susuzlaşma gedir.  Əgər sizdə susuzluqla yanaşı, tez-tez sidiyə getmə də baş verirsə, deməli, qanda qlükoza çoxdur.