Nəcisdə qida qalığı və ya qan izləri nəyin əlamətidir Qida pozulması, yoxsa xərçəng?


Digərləri 05 Apr 2019 23:43:00 322 0

Nəcisdə qida qalığı və ya qan izləri nəyin əlamətidir  Qida pozulması, yoxsa xərçəng?

Bu gün saytımıza ünvanlanan çoxsaylı sualların içində nəcisdə qan görülməsi ilə bağlı suallar üstünlük təşkil edir.

Çox insanlar bu halı utanaraq doğmaları ilə bölüşmür, gizlədir,həkimə getməkdən çəkinir. Vəziyyətin düzəlməsini gözləyənlər isə sonradan çıxılmaz nöqtəyə gəlirlər.

Son.az medicina.az-a istinadən bildirir ki, çox zaman nəcisdə piy, həzm olunmamış yemək qalıqları və qan ciddi patologiyalardan, bağırsaq, öd və qaraciyər xəstəlikləri, ən azından həzm pozulmalarından xəbər verir.

Nəcisdə sistemin dəyişikliklər, normadan kənara çıxmalar - istər forması, istər tərkibi, istər rənginə görə, hətta mədə və mədəaltı vəzinin də xəstəliklərindən qaynaqlana bilər. 

Əgər stulda qan görünürsə, bu artıq ciddi siqnaldır. Öz bədənindən qan gəldiyini görən və buna biganə yanaşan insan həyatı ilə oynayır desək yanılmarıq.

Nəcisdə yalnız defakasiya zananı al rəng gəlməsi - düz bağırsağın anal çatı, babasildən tutmuş düz bağırsağın şişlərinə kimi gedib çıxa bilər.

Hansı həkimə müraciət etməli?

Nəcisdə istənilən normadan kənara çıxma və qan görünən zaman pasiyent ilk növbədə terapevtə müraciət edib, müvafiq analizlər verməli. Daha sonra ixtisaslı həkimlərə - proktoloq, qastronenteroloqa dərin müayinələr üçün üz tuta bilər.

Qanaxmanın səbəbini bilmək üçün bütün mədə-bağırsaq sistemi yoxlanmalıdır: istər aparatlarla, istər qan analizləri ilə.