Apteklərdə farmasept yox, robotlar çalışır, dərmanların tərkibi haqqında bilgiləri yoxdur Tanınmış həkim


Digərləri 05 Apr 2019 23:47:00 335 0

Apteklərdə farmasept yox, robotlar çalışır, dərmanların tərkibi haqqında bilgiləri yoxdur  Tanınmış həkim

Azərbaycanda həkimlərin resept yazmaq tendensiyasında Amerika və Avropada rast gəlinməyən bir məqam var.  Dərmanlar brend adına görə yazılır, tərkibi qeyd edilməklə yox. 

Məsələn, Amerikada həkimlərlə dərman firmaları arasında sövdələşməni və pasiyentləri qorumaq məqsədilə həkimlərdən reseptə dərmanın yalnız qenerik adı, yəni tərkibindəki əsas maddənin adı göstərilməklə yazılması tələb olunur. 

Son.az medicina.az-a istinadən bildirir ki, tanınmış pediatr Tərlan Eyyubov pasiyentləri narahat edən "firma dərmanı" xofunu azaltmaq üçün reseptə dərmanın qenerik adını yazmaq metodunu tətbiq edib.