Gözlərinə bax, xəstəliyini tap Təhlükəli dəyişikliklər


Digərləri 05 Apr 2019 23:19:00 245 0

Gözlərinə bax, xəstəliyini tap  Təhlükəli dəyişikliklər

Gözlər təkcə qəlbin aynası yox, orqanizmdə baş verən dəyişiklik və xəstəliklərin də güzgüsüdür. Qədimdə elə təbiblər xəstənin dilinə və gözünə baxmaqla, daxildə nə baş verdiyini təxmin edirdilər.

Son.az medicina.az-a istinadən gözlərdə baş verən dəyişikliklərin hansı xəstəliklərdən xəbər verdiyini təqdim edir.

Gözdə ağ ləkə

Mirvari suyu, katarakta da gözdə ağarma, ağ ləkə kimi biruzə versə də, gözün içində ağ ləkə təkcə bu xəstəliyin əlaməti deyil. Hətta həkimlər də ilk  baxışdan ağ ləkə ilə kataraktanı ayırd edə bilmir. 

Əgər gözünüzdə nöqtə ölçüsündən tutmuş bəbəyi tam tutana kimi ağ ləkə, örtük varsa, bilin ki, bu, buynuz qişanın xorası və bir sıra infeksiyaların nəticəsidir. Bu əlamət zavodlarda işləyən, gur işığa çox baxan, kontakt linza taxanlarda çox rast gəlinir. Gənclər vaxtı keçmiş linza taxdıqda, yatanda linzaları çıxarmadıqda, keyfiyyətsiz linza istifadə etdikdə gözü zədələyir.  Gözün içində nöqtə boyda belə ağ ləkə görsəniz, dərhal həkimə getməlisiz.

Göz içində qızartı, qançəkmə

Göz almasında kapilyarların üzə çıxıb, gözə qırmızılıq verməsi adi yuxusuzluqdan, yorğunluqdan da ola bilər, hər hansı göz damcısının əks-təsirindən də.  Göz dibi təzyiq, zərərli vərdiş, telefon, iş yerindəki şəraitdən də gözdə kapilyarlar partlaya bilər. Bu zaman göz içi qızarır. 

Gözlərdə quruluq

Göz almasının selikli qişasının həddən artıq quruması daha çox şagird, tələbə və yazı işində çalışanlarda olur. Lakin bu hal Şeqren sindromu da ola bilər. Bu autoimmun xəstəlik göz yaşı vəzilərini zədələyir. Bu sindromun yaranma səbəbi isə allergiya ola bilər.