Turşuluğu azaldan dərmanlardan uzun müddət istifadə etməyin Xərçəng yaradır


Digərləri 05 Apr 2019 23:10:00 270 0

Turşuluğu azaldan dərmanlardan uzun müddət istifadə etməyin  Xərçəng yaradır

Genetik faktorlardan əlavə daha nələr mədə xərçənginə yol açır? Plastik butulkalar, dispenser suları, qəhvə-çay həqiqətən zərərlidirmi? 

Son.az medicina.az-a istinadən bildirir ki, mədə xərçəngi ağciyər, bağırsaq və prostat xərçəngindən sonra ən çox yayılmış xərçəng növüdür. Daha çox 50-70 yaşlı insanlar arasında daha çox kişilər arasında rast gəlinir. Mədə xərçəngi 80 faiz hallarda heç bir əlamət vermədən inkişaf edir. Əsas əlamətləri həzimsizlik, şişkinlik, ürək bulantısı, qusma, iştahsızlıq və qarın ağrısıdır.

Mədə xərçənginə səbəb olan amillərə dəyişdiriləbilən və dəyişdiriləbilməyən olmaqla iki yerə ayrılır. Yaş, genetik amillər, cinsiyyət kimi amillər dəyişdirilməyən faktorlardandır. Dəyişdiriləbilən amillərə isə siqaret çəkmək, alkoqol, qidalanma, ətraf mühitin çirklənməsi aiddir. 

Araşdırmalara görə, daha çox duzlu qidalar, şorabalar, hisə verilmiş qidalar, manqalda bişirilən qidalar mədə xərçəngi riskini artırdığını səbəb olduğu məlum olub. 

Plastik qablarda Bisfenol A maddəsi mövcuddur. Bu maddə insan orqanizmində yüksək dozalarda hormonal dəyişikliklərə səbəb olur. Amma bu maddənin mənfi təsirinin üzə çıxması üçün çox yüksək doza tələb olunur. Buna görə də, körpə uşaqlarda plastik butulkalardan imtina etmək məsləhət görülür .  Sözü gedən maddənin insan sağlamlığına zərər verən hala gəlməsi üçün plastik qabların 35 dərəcə istilikdə 60 gün saxlanılaraq gündə bir insana tərəfindən ən az 60 ədəd plastik butulkadan su içməsi tələb olunur.