Miqrenə qarşı təbii vasitə


Digərləri 05 Apr 2019 23:14:00 199 0

Miqrenə qarşı təbii vasitə

Zəncəfil ürək bulanması kimi müxtəlif miqren simptomlarının qarşısını almağa malik olan iltihabəleyhinə təsirli vasitədir. Zəncəfilin tərkibindəki komponentlər iltihab əmələ gətirən prostaqlandinlər sintezini yox edir, bu isə başağrılarının azalmasına şərait yaradır.

Zəncəfil, həmçinin həzmi stimullaşdırır və miqren tutmaları olan insanlarda tez-tez müşahidə edilən öyümələri aradan qaldırır. Çoxsaylı tədqiqatlar nəticəsində məlum olub ki, hər gün quru halda 500-600 milliqramadək zəncəfilin qəbulu başağrılarının müxtəlif əlamətlərini müalicə etməyə imkan verir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Journal of Phytotherapy Research" jurnalında dərc edilmiş tədqiqatın nəticələrinə görə, zəncəfil miqren zamanı ağrıları azaldır. Ekspertlərin məsləhət verdikləri miqdarda zəncəfili qəbul etmək təhlükəsizdir və o, bir çox miqren xəstələrinə gözlədikləri rahatlığı gətirir.